Prezident Yardımlıda İdman Kompleksinin tikintisinin başa çatmasına pul ayırdı

16:46 - 3.12.2019


3 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə 7 511 400 manat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrıldı.

Bütün xəbərlər