330x110
 

Son günlərin ən çox müzakirə olunan məsələsi barədə qərar verildi - Mərhələli tətbiq olunacaq

04.12.2019,10:32


4 dekabr, Fineko/abc.az. Dekabrın 3-də keçirilən Milli Məclisin plenar iclasında “Tibbi sığorta haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

ABC.AZ xəbər verir ki, Qanun layihəsinin keçid müddəasına təklif edilən dəyişikliyə görə, icbari tibbi sığorta ölkənin inzibatə ərazi vahidləri müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan ( qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020- ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq. Qanun layihəsi səsverməyə çıxaralaraq qəbul edilib.

Qeyd edək ki, İcbari Tibbi Sığortanın bütün ölkə üzrə bu ilin yanvarın 1-dən tətbiq olunacağı bildirilsə də, sonradan bu qərar dəyişdirilərək mərhələli formada həlli məsələsinə üstünlük verilib

Müəllif: Elmir Murad