İclas keçiriləcək" />
  330x110
 

"Bakı Sığorta" səhmdarlarına bildiriş göndərdi – İclas keçiriləcək

04.12.2019,10:49


4 dekabr, Fineko/abc.az. 2020-ci il yanvarın 17-də "Bakı Sığorta" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. ABC.AZ şirkətə istinadən xəbər verir ki, "Bakı Sığorta"nın Baş ofisində keçiriləcək yığıncağın tarixi açıqlansa da, hansı məsələlərin müzakirə olunacağı hələlik bildirilmir.

Qeyd edək ki, ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatına əsasən, "Bakı Sığorta" ASC 2019-cu ilin 10 ayı ərzində 919 min manat sığorta haqları toplayıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

Müəllif: Elmir Murad