330x110
 

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları nə qədər olub? – 10 ayda

04.12.2019,11:17


4 dekabr, Fineko/abc.az. Azərbaycanda iqtisadiyyata kredit qoyuluşlarının həcmi 14 milyard manatı ötüb.

ABC.AZ Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 14.075 mln. manat təşkil edib.

Bu göstərici son bir ayda 202 milyon 900 min manat və ya 1,5 faiz artıb. Bu ilin əvvəli ilə müqayisədə kredit qoyuluşlarının həcmi 1 milyon 446 min 700 manat və ya 11,5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 milyon 185 min 800 manat və ya 18,4 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin çoxalması hesabına baş verib.

Müəllif: Elmir Murad