“Finex Kredit“ yeni filiallar açır? – Səhmdarların yığıncağı keçiriləcək

12:46 - 4.12.2019


4 dekabr, Fineko/abc.az. Gələn il yanvarın 18-də “Finex Kredit” BOKT ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

ABC.AZ  qurumun elanına istinadən xəbər verir ki, iclasda “Finex Kredit “BOKT ASC-nin 2019-cu il üzrə maliyyə-təsətrrüfat fəaliyyətinin təsdiqi, “Finex Kredit “BOKT ASC-nin 2019- cu il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına Uyğun Maliyyə Hesabatları və Müstəqil Auditorun Hesabatının təsdiqi, Yeni istiqraz emissiyası barədə, “Finex Kredit “BOKT ASC-nin 2020- ci il üzrə büdcə və proqnoz göstəricilərinin müzakirəsi və təsdiqi, “Finex Kredit “BOKT ASC-nin Müşahidə Şurasının hesabatı və təsdiqi, nizamnamə kapitalı barədə, vəsaitlər cəlb edilməsi məqsədilə maliyyə qurumlarına müraciət edilməsi barədə, yeni filialların açılması məsələsinin müzakirəsi gözlənilir.

Qeyd edək ki, “Finex Kredit”  Bank Olmayan Kredit Təşkilat 2013-cü ildən fəaliyyət göstərir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər