Bank Respublika kapitalını 10 mln manatadək artırır.

13:03 - 20.12.2017


Moody’s agentliyi Bank Respublikanın kontragent riskləri üzrə reytinqini B3 səviyyəsində təsdiqlədi.

Eyni zamanda, ehtimal edilən kredit risklərini qarşılamaq məqsədilə ehtiyatların yaradılması istiqamətində bankın aktiv siyasəti kapitalın azalması səbəbinə əsaslanaraq, agentlik digər reytinqlərə də dəyişiklik etmişdir. Bankın kredit qiymətləndirmə reytinqi B3-dən Caa1 səviyyəsinə endirilmişdir.

 Bank Respublika-dan verilən məlumata əsasən, bankın davamlı inkişafını təmin etmək məqsədilə səhmdarlar nizamnamə kapitalının 10 mln manat məbləğində növbəti artım haqqında razılığa gəliblər.Bu artım bankın gəlirliyinin artması ilə yanaşı reytinqinartımı istiqamətində yenidən baxılması üçün əsas yaradır. Bankdan onu da qeyd ediblər ki, agentliyin analitikləri maliyyə təşkilatlarınınəsas dayanıqlıq parametrlərindən biri olan likvidlik parametrinin güclü olmasını vurğulayıb.

Xatirladaq ki, Bank Respublika 2016-cı ilin sentyabr ayında kapitalını 20 mln manat məbləğində artırmışdır və hal-hazırda bankın nizamnamə kapitalı 57.5 mln təşkil edir.

“Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və 25 ildir ki, “Sizə Faydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir.

Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

 

Bütün xəbərlər