Azərbaycan mallarından imtina hallarının sayı 36-dan 11-ə düşüb - Qoşqar Təhməzli

15:38 - 4.12.2019


4 dekabr, Fineko/abc.az.  Azərbaycan məhsullarının Avropa İttifaqına ixracı asanlaşacaq.

ABC.AZ xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, Agentliklə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin analoji qurumları arasında heyvandarlıq sahəsində əməkdaşlıq üçün böyük potensial var.

Onun sözlərinə görə, Azərbaycan ECO ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir: “Agentliyin əsas məqsədi ölkədə qida təhlükəsizliyinə nəzarəti həyata keçirmək, bu istiqamətdə beynəlxalq standartları öyrənməkdir. 2017-ci ilin yanvar ayından agentliyinin fəaliyyətə başladığı tarixə qədər Azərbaycan mallarından imtina hallarının sayı 36 idi, hazırda bu rəqəm 11-ə düşüb. Azərbaycandan Avropa İttifaqına heyvan mənşəli qida məhsullarının ixracının asanlaşdırılması üçün işlər həyata keçirilir. Nəticədə ixrac həcmi nəzərəçarpacaq dərəcədə artacaq”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər