Banklarda depoziti olanlar diqqət – Əmanətlərin tam siğortalanması ləğv ediləcək

16:38 - 4.12.2019


4 dekabr, Fineko/abc.az. Üç aydan sonra əmanətlərin tam siğortalanması ləğv ediləcək (parlamentin buraxılması fonunda uzadılma ehtimalı aşağıdır).

ABC.AZ xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov özünün sosial şəbəkədəki hesabında bildirib.

O, qeyd edib ki, Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur. Ötən il bu sistemin müddəti 1 il də uzadıldı, yəni 2020-cilin 4 martınadək. Bu sistemə əsasən fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 10%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 2,5%-dən çox deyil. Ə. Həsənov gələn il martın 4-dən sonra əmanətlərin sığortalanmasının necə həyata keçiriləcəyinə də aydınlıq gətirib: ““Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2020-cu il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək. Yəni vətəndaş 2019-cu ilin 1 avqust tarixində banka 1 il müddətinə 100000 manat məbləğində illik 10%-lə əmanət qoyub. Qüvvədə olan qaydaya görə əmanət tam sığortalıdır. Yəni bank 4 mart 2020-ci il tarixədək bağlansa, əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2020-ci ildən sonra bağlansa, əmanətçiyə yalnız 30000 manat kompensasiya ediləcək. Qanunun müddəti yenə uzadılacaqmı? Ehtiml aşağıdır. Çünki parlament buraxılmaq üzrədir. Milli Məclisin yeni tərkibi yəqin ki, 4 martdan sonra ilk iclasına toplaşacaq”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər