Ekspertdən önəmli məsləhət - Əmanətlərinizi qohumları arasında bölərək saxlayın

17:01 - 4.12.2019


4 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov 3 aydan sonra əmanətlərin tam siğortalanmasının ləğv ediləcəyini (parlamentin buraxılması fonunda uzadılma ehtimalı aşağıdır) bildirib.

ABC.AZ xəbər verir ki, ekspert Əkrəm Həsənov bunu özünün sosial şəbəkədəki hesabında bildirib və “bəs bu vəziyyətdə işdən hali olan əmanətçilər nə edə bilər?” sualına bir neçə faydalı məsləhətlərlə cavab verib.

Ekspert sözügedən sualla bağlı bunları qeyd edib: “Bankda yalnız 30000 manat həddində əmanət saxlaya bilərlər. Yəni artıq məbləği çıxara bilərlər. Bu məntiqlə əmanətlərinin məbləğini bölüşdürə də bilərlər. Yəni elə edə bilərlər ki, bir nəfərin adına bir bankda 30000 manatdan çox pul qalmasın. Bunun üçün ya əmanəti bir neçə bank arasında bölə (hər bankda maksimum 30000 manat), ya da bir bankda qohumları arasında bölə (hər qohumun adına maksimum 30000 manat) bilərlər. Əmanətlərini (məbləğindən asılı olmayaraq) daha etibarlı, yəni zənnlərinə görə bağlanma ehtimalı olmayan banklarda saxlaya bilərlər. Amma həmin banklarda əmanətlər üzrə faiz dərəcələri nisbətən aşağıdır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər