Kərə yağının bahalaşmasının qarşısı alındı – QƏRAR

11:27 - 5.12.2019


5 dekabr, Fineko/abc.az. Azərbaycana idxal olunan kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar, südlü pastalar üçün aşağı gömrük rüsum həddinin müddəti daha iki il uzadılıb.

ABC.AZ xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin 4 dekabr tarixli "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsini nəzərdə tutan qərarında qeyd olunub.

Qərara əsasən, ölkəyə idxal olunan kərə yağı üçün aşağı rüsum həddinin müddəti 2021-ci il dekabrın 31-dək uzadılıb. Bu addım kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün atılıb.

Qeyd edək ki, 2017-ci ildən Azərbaycana gətirilən kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar, südlü pastalara 5 faizlik gömrük rusumu tətbiq olunub. Bundan əvvəl həmin məhsulların idxalından 15 faizlik gömrük rüsumu alınırdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər