Bu göstəriciyə görə Azərbaycan 4-cü yerdədir - Reytinq

14:10 - 5.12.2019


5 dekabr, Fineko/abc.az.  Rusiyanın "TurStat" analitik agentliyi 2019-cu ilin ilk 9 ayının nəticələri əsasında bu ölkəyə gələn turistlərin ölkə mənsubiyyətləri üzrə reytinqini tərtib edib.

ABC.AZ xəbər verir ki, Azərbaycan göstərilən dövrdə Rusiyaya 684 min turist səfəri ilə reytinqdə 4-cü yeri tutub. Səfərlərin sayında artım qeydə alınıb. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz və ya 19 min nəfər təşkil edib.

Hesabat dövründə Rusiyaya gedən xarici vətəndaşların ümumi sayı 19 milyon 64 min təşkil edib ki, bu da keçən illə müqayisədə cüzi azalma deməkdir: 2018-ci ilin ilk 9 ayında Rusiyaya 19 milyon 245 min nəfər səfər etmişdi.

Qeyd edək ki, reytinqdə 1-ci yeri 5 milyon 944 min səyahətlə (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz və ya 429 min səfər azdır) Ukrayna tutub. TOP-5-də həmçinin Qazaxıstan (2 milyondan çox səfər), Çin (1,594 milyon səfər) və Finlandiya (681 min səfər) qərarlaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər