Dollar bahalaşa bilər – Eskpertlər səbəbi açıqlayib

15:11 - 5.12.2019


5 dekabr, Fineko/abc.az. Dünyada gedən siyasi proseslər, iqtisadi risklərin artması ABŞ dollaına olan maraq və tələbi artıra bilər. 

ABC.AZ xəbər verir ki, ekspertlərin proqnozlarına görə qarşıdakı zamanlarda dolların qiymətində artım müşahidə oluna bilər. 

Mütəxəssislər bunu bir müddət əvvəl dolların ucuzlaşmasında müşahidə olunan  dinamikasının azalması ilə əlaqələndirib. Proqnozlara görə, yaxın zamanlarda nəinki dolların ucuzlaşması ehtimalı yoxdur, əksinə ABŞ valyutasının bahalaşa biləcəyi güman edilir. Dollarla bərabər əlvan metallar bazarlarında qızıla olan tələb də getdikcə artmaqdadır. 

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər