Gənc sahibkarlara müjdə - Forum keçiriləcək

15:40 - 5.12.2019


5 dekabr, Fineko/abc.az.  Bakıda Gənc Sahibkarlar Forumu keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) ABC.AZ-a bildirilib ki, Forum dekabrın 10-da Bakı Konqres Mərkəzində baş tutacaq.

 Forum gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, kiçik və orta biznesə dəstək göstərilməsi məqsədilə keçirilir. Agentlikdən (KOBİA) bildirilib ki, Gənclər Fondu, KOBİA yanında İctimai Şura və “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək forumda yaşı 29-dək olan gənclər iştirak edə bilərlər.

 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər