15:46 - 5.12.2019
5 dekabr, Fineko/abc.az. “AzInTelecom” MMC ilə Belarusun Trafik Mübadiləsi Milli Mərkəzi arasında beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, müqaviləyə əsasən, tərəflər göstərilən beynəlxalq rabitə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə şəbəkələri qarşılıqlı test edəcək.
Test işləri şəbəkənin ümumi keyfiyyət göstəricilərinin qiymətləndirilməsinə, ara bağlantı kanallarına üçüncü tərəflər tərəfindən xoşagəlməz müdaxilə cəhdlərinin vaxtında müəyyən olunmasına və tədbirlərin görülməsinə, qanunsuz beynəlxalq səs trafikinin ötürülməsi ilə mübarizənin artırılmasına imkan yaradacaq.
Qeyd edək ki, “AzInTelecom” MMC tərəfindən hazırda 30-dan çox beynəlxalq səs operatorları ilə ən son texnologiyalar və siqnallaşma sistemləri üzərindən 12,337 ədəd birbaşa texniki arabağlantı kanalları təşkil edilib.
Müəllif: Elmir Murad
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024