Daha bir hərrac keçiriləcək – 10 milyon manatlıq

17:18 - 5.12.2019


5 dekabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə daha bir hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac dekabrın 10-da baş tutacaq.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Hərracda qiymətli kağızın ISIN kodu AZ0105023755, emissiya həcmi 10 mln. AZN, nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 728 gün, faiz gəliri 7.5 %, ödəmə tarixi 07.12.2021, anderrayteri Paşa Kapital İŞ QSC-dir.

Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər