330x110
 

Neft ucuzlaşır

06.12.2019,10:02


6 dekabr, Fineko/abc.az. Neftin qiymətləri cümə günü enməkdədir.

Dekabrın 5-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,39 (0,62%) artaraq bir barelə $63,39 təşkil etmişdir. Onun qiyməti saat 9:20-də $0,23 (0,36%) enərək bir barelə $63,16 təşkil etmişdir.

NYMEX birjasında dekabrın 5-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi dəyişmədi və bir barelə $58,43 səviyyəsində qaldı. Onun qiyməti  saat 9:20-də $0,16 (0,27%) azalaraq bir barelə $58,27 təşkil etmişdir.