330x110
 

Prezident Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun açılışında iştirak edib

06.12.2019,10:22


6 dekabr, Fineko/abc.az. Dekabrın 5-də Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.

Dövlət başçısı Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Prezidentə 4 min nəfər əhalinin yaşadığı, 5 məntəqəni birləşdirən Qonaqkənd–Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunda görülmüş işlər barədə də məlumat verildi.