330x110
 

Şamaxıda "ASAN Həyat" kompleksi istifadəyə verilib

06.12.2019,10:26


6 dekabr, Fineko/abc.az. Dekabrın 5-də Prezident İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Sifarişçisi Dövlət Agentliyi, podratçısı isə “Kristal Abşeron” olan kompleksin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. Kompleks Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşa xidmət göstərəcək. “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.