330x110
 

İl ərzində 250 mln. dollar dəyərində qaçaqmalçılığın qarşısı alınıb - Səfər Mehdiyev

06.12.2019,10:56


6 dekabr, Fineko/abc.az. Bu gün bizim ən böyük problemlərimizdən biri əqli mülkiyyətin, eyni adlı məhsulların başqa şirkətlər yaxud fiziki şəxslər tərəfindən gətirilməsidir. 

ABC.AZ xəbər verir ki, bunu "Caspian European Club"-un təşkil etdiyi Biznes Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O, qeyd edib ki, bu cür problemlərlə, xüsusilə də təmsilçilik institutu ilə bağlı müəyyən texniki problemlərlə bağlı suallar və təkliflər ola bilər. Komitə sədrinin fikrincə,  gömrük sistemində şəffaflığa nail olunub:

"Şəffaflaşma ilə bağlı hədəflərə demək olar ki nail olmuşuq. Məhz DGK əməkdaşları il ərzində 250 mln. Dollar dəyərində qaçaqmalçılığın qarşısını alıb. Təəssüf ki, bunun da əksəriyyəti narkotik vasitələr, silah sursatlar olub".

Müəllif: Elmir Murad