330x110
 

SOCAR-ın Enerji İdarəetmə Mərkəzi istifadəyə verilib

06.12.2019,11:45


6 dekabr, Fineko/abc.az. Dekabrın 6-da Qala qəsəbəsi ərazisindəki “Eko Park”da SOCAR-ın Enerji İdarəetmə Mərkəzinin açılışı olub.

Xəbər verilir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyi iştirak edib.

Bildirilib ki, mərkəz SOCAR və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı” (NAMA) layihəsi çərçivəsində qrant vəsaiti hesabına tikilib. Mərkəzin əsas funksiyası NAMA layihəsi çərçivəsində Qaradağ, Sumqayıt və Qala ərazilərində quraşdırılmış alternativ enerji mənbələrindən istehsal olunan enerjinin istifadəsinə nəzarət etməkdir.

Enerji İdarəetmə Mərkəzi alternativ enerji - külək generatoru, günəş panelləri və hidroenerji ilə əlaqədar bir mərkəzdir. Burada mühəndislər, məktəblilər və digərlərinin təlim və tədris prosesinin təşkil olunması planlaşdırılır.

© Azertag.az