“Qara bazarda” dollar yenidən bahalaşdı

15:22 - 20.12.2017


20 dekabr, Fineko/abc.az. Bu gün “qara” valyuta bazarında dolların bahalaşması müşahidə olunur.

Belə ki, dolların alışı əvvəlki səviyyədə, yəni 1,6950 manat səviyyəsində qalıb, lakin satışı  1,7020 manatdan 1,7050  manata qədər yüksəlib (0,3% artım).

Avronun alışı 1,99 manatdan 2,00 manata qədər, satışı isə  2,00 manatdan 2,01 manata qədər yüksəlib.

Rusiya valyutasının alış qiyməti 0,0284 manat təşkil edib, satış qiyməti isə 0,0286 manatdan  0,0288 manata qədər yüksəlib.

 

Bütün xəbərlər