330x110
 

“PAŞA Həyat Sığorta” növbədənkənar iclas çağırıb – Büdcəsi müzakirə olunacaq

06.12.2019,14:56


6 dekabr, Fineko/abc.az. Daha bir sığorta şirkəti səhmdarların yığıncağını çağırıb.

ABC.AZ xəbər verir ki, gələn il yanvarın 13-də “PAŞA Həyat Sığorta” ASC-nin  Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcək.

İclasda şirkətin büdcəsinin təsdiqi və bundan irəli gələn məsələlər müzakirə olunacaq. İclas şirkətin Bakı şəhəri, Mayakovski küçəsi 15 ünvanında yerləşən Baş ofisində keçiriləcək.

Müəllif: Elmir Murad