“Xalq Sığorta” şirkətinin etdiyi sığorta ödənişlərinin həcmi açıqlanıb – Məbləğ artıb

16:22 - 6.12.2019


6 dekabr, Fineko/abc.az. “Xalq Sığorta” şirkəti ötən ay ərzində avtomobil sığortası üzrə 521 min 439 manat ödəniş edib.

ABC.AZ xəbər verir ki, açıqlanan rəqəm noyabr ayında adıçəkilən şirkət tərəfindən 429 sığorta hadisəsinə etdiyi ödənişdir. Şirkətin bu ilin 10 ayı üçün etdiyi ödənişlərin həcmi də açıqlanıb. Məlum olub ki, şirkət 2020-ci il yanvar-oktyabr aylarında ümumən 22 milyon 328 min manat sığorta ödənişləri edib. Bu göstərici ötən illə müqayisədə 15 milyon 252 min manat və ya 3,15 dəfə çoxdur.

Ümumi sığorta ödənişlərinə gəlincə isə şirkət bu ilin yanvar-oktyabr aylarında  12 milyon 616 min manat sığorta ödənişi edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 844 min manat və ya 78,02% çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər