Keçən həftə qeyd edilən kəskin yüksəlmədən sonra neft ucuzlaşır

10:38 - 9.12.2019


9 dekabr, Fineko/abc.az. Neftin qiymətləri, keçən həftəki sessiyada müşahidə olunan əhəmiyyətli artmadan sonra  hal-hazırda enməkdədir.

Dekabrın 6-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $1,0 (1,58%) artaraq bir barelə $64,39 yüksəlib. Onun qiyməti saat 9:20-də $0,27 (0,42%) enərək bir barelə $64,12 təşkil etmişdir.

NYMEX birjasında dekabrın 6-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,77 (1,32%) artaraq bir barelə $59,20 təşkil etmişdir. Onun qiyməti  saat 9:20-də $0,33 (0,56%) azalaraq bir barelə $58,87 təşkil etmişdir. 

 

Bütün xəbərlər