330x110
 

Əvvələr bu xidmətdən istifadə edənlər onlarla sənəd toplamalı olurdu - DOST-un Mətbuat Katibi MÜSAHİBƏ

09.12.2019,11:33


Xəbər verdiyimiz kimi Bakıda “Bakutel 2019” sərgisi keçirilib. Bu dəfəki sərgi bəzi məqamları ilə əvvəlkilərdən seçilirdi. Belə ki, bu dəfə özəl şirkətlərlə yanaşı innovasiyanın ən son versiyalarını öz xidmətlərində tətbiq edən dövlət qurumları da sərgidə fəal iştirak edib. Sərgidə iştirak edən dövlət qurumlarından biri də yenicə fəaliyyətə başlasa da, artıq kifayət qədər böyük işlər görməyi, əhalinin rəğbətini qazanmağı bacaran DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi idi. Agentliyin Mətbuat Katibi Şahin Əliyev sərgi zamanı ABC.AZ-a görülmüş işlər və qarşıdakı planlar barədə müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

- Şahin bəy, DOST olaraq sərgidə iştirak etməkdə əsas məqsədiniz nədir?

-Bildiyiniz kimi bu sərgi əsasən texnologiyalara aiddir və biz də hesab elədik ki, DOST agentliyi olaraq burda mütləq iştirak etməliyik. Çünki bu sahədə DOST agentliyinin yaranmasının özü bir yenilikdir.  İndiyə kimi Azərbaycanda sosial xidmətlər sahəsində bu qədər yüksək texnologiyaların və innovativ metodların tətbiqi ilə sosial xidmətlər göstərilməyib. DOST Agentliyinin yaranması ilə vətəndaşlar rahat şəraitdə bir pəncərə sistemi ilə şəffaf, bürokratik hallara yol vermədən bu xidmətlərdən istifadə edə bilirlər. Məlum olduğu kimi mərkəzimizə gələn hər bir vətəndaş bura daxil olduqdan sonra təxminən 10 dəqiqə ərzində istənilən xidmətdən yararlanaraq, istədiyi məsələnin həllinə nail ola bilər.  Halbuki əvvələr bu eyni xidmətdən istifadə etmək üçün bəzən günlərlə vaxt sərf eləmək lazm olurdu və bir çox hallarda vətəndaşlar onlarla  sənədlər toplamalı olurdu. Amma bizdə isə maksimum az sənədlər təqdim etməklə və yalnız bir yerdən, bir məkandan, bir pəncərə, bir dam altında belə demək mümkünsə bütün növ sosial xidmətlərdən istifadə etmək mümkündür. Bura həm məşğulluq xidmətləri, həm sosial təminat, həm müdafiə, pensiyə, müavinətlər və.s və ilaxır daxildir. Bax bu cür xidmətlərin hamısından yalnız bir mərkəzdə istifadə etmək olar . Burda da DOST mərkəzinin binasının kiçik bir modelidir (əli ilə sərgidəki stendlərində quraşdırılmış aparatları göstərir) və bu yalnız vizual oxşarlıq deyil, burda  DOST mərkəzində hansı xidmətlər göstərilirsə bax bu kiçik məkandada eyni xidmətləri biz gələn ziyarətçilərə təqdim edirik. Bura gələn ziyarətçilər xeyli xidmətlərdən istifadə edə bilərlər. Bunun üçün sadəcə olaraq bizim burdakı sosial agentlərimizə yaxınlaşıb öz şəxsiyyət vəsiqəsini təqdim edərək  xidmətlərimizdən yararlana bilərlər.

- Şahin bəy, ümumiyyətlə hazırda siz DOST Agentliyi olaraq neçə növ xidmət göstərirsiniz? Və qarşıdakı zamanlarda ola bilərmi xidmətlərinizə bir neçə başqa növləri də daxil edəsiniz?

-Bilirsiz bizim, ilk mərkəzimiz  mayın 9-unda açıldı və o zaman biz sosial xidmətlər sahəsində 126 xidmət göstərirdik, indi isə bu xidmətlərin sayı bir qədər də artaraq 132 xidmətə çatıb və təbii ki, planda var ki bu xidmətlərin əhatə dairəsi dahada genişlənsin, xidmətlərin sayı daha da artsın və ən böyük planımız təbii ki mərkəzlərin sayını artırmaqdır. Hələlik biz də yalnız bir mərkəz fəaliyyət göstərir. Bu mərkəz Yasamal və sSəbail rayonları sakinlərinə  xidmət göstərir. Tezliklə ilin sonuna kimi bir anons edim, ikinci mərkəzimizin açılması gözlənilir. Bu Xəzər rayonunda açılacaq və bu rayonda da artıq insanlar Bakı şəhərinin Xəzər rayonunun sakinləri də DOST xidmətlərindən yararlana biləcəklər. Amma bu da son deyil. Bizim ümumilikdə bilirsiniz 31 mərkəzimiz olmalıdır. Azərbaycanda yaxın 5 il ərzində 2025-ci ilə kimi 31 mərkəz olacaq  bu 31 mərkəz bütün Azərbaycanı əhatə edəcək. Bu isə o demekdir ki, istənilən bölgənin vətəndaşı sosial xidmətlərdən istifadə etmək istəyərkən artıq maksimum az vaxt itkisi ilə, maksimum az gözləməklə, az sənəd toplamaqla istənilən xidmətdən istfadə edəcək. Vətəndaşlar hazırda müavinətlərlə, məşğulluqla bağlı məsələlər,  pensiyanin dəqiqləşdirilməsi üçün müraciət edə bilərlər. Bildiyiniz kimi pensiya praktik xidmətdir, yəni insanlar heç bir yerə getmədən, heç bir yerə müraciət etmədən, heç bir sənəd toplamadan pensiya yaşı çatanların telefonuna artıq sms gəlir onun ki, sizin üçün pensiya təyin olundu pensiya məbləği bu qədərdir. Pensiya kartını flan bankın filialına yaxınlaşmaqla götürə bilərsiniz və çox sevindiricidir ki, biz bu xidmətlərin praktik xidmətlərin sayını günü gündən artırırıq və bu müddətdən sonra artıq bir neçə sosial münavimətlər artıq praktik qaydada göstərilir.  Bizim böyük, geniş məqsədimiz, planımız, son hədəfimiz budur ki, insanlar bu sosial xidmətlərdən isifadə etmək üçün heç bir əziyyət çəkməsinlər. Yəni heç yerə getməyə ehtiyyac olmasın. Bütün bax bu adını çəkdiyimiz sosial xidmətlərin hər birindən insanlar evdə oturarkən onlara xəbərdarlıq gəlsin, sms gəlsin ki, siz flan münavinətdən istifadə edə bilərsiniz, sizə flan pensiya təyin olunub. Və ya sizə uyğun flan vakansiya mövcuddur. Yəni yararlanmaq istəyirsizsə flan iş üçün müraciət edə bilərsiniz. Bu bizim son hədəfimizdir.

- Son zamanlar innovativ tətbiq etmələri özündə cəmləşdirən bir çox qurumlar onlara müraciət edən insanların rəyi və arzuları sayəsində həm özlərini daha da təkminləşdirir, həm daha da yeniliklər gətirirlər. Sizin qurum əhalinin, sakinlərin istəklərini hansı formada nəzə alır?

- Mütləq, nəzərə alırıq və mən hətta deyərdim ki DOST agentliyinin iş prinsipinin əsas xüsusiyyətlərindən biri də məhz budur. Yəni biz Mərkəzə gələn vətəndaşlardan rəy sorğusu keçiririk.  Birincisi sosial agentə, yəni xidmət göstərən sosial agentliyə yaxınlaşdıqdan sonra həmin vətəndaş artıq sosial agentin qarşısında olan pəncərədəki qurğu vasitəsi ilə səs verir.  Yəni rəyini bildirir, xidmətdən nə dərəcə razı qaldığını bildirir. Eyni zamanda artıq mərkəzdən çıxarkən bizim könüllülərimiz onlara yaxınlaşırlar və hansı xidmətlərdən istifadə etdiklərini nə dərəcədə razı qalıb qalmadığlarını soruşurlar. Sonra bu informasiyaların hamısı ümumiləşdirilərək bizim xüsusi departamentliyimiz, xüsusi əməkdaşlarımız var ki, məhz bu məlumatları analiz etməklə məşğuldurlar. Məlumatlar təhlil olunduqdan sonra hər hansı bir  əskikliklər varsa onların aradan qaldırılması üçün dərhal göstəriş verilir. Bu əyri-əksikliklərin aradan qaldırılması üçün işlərə başlanılır və təbii ki, hər gün biz çalışırıq ki,  göstərilən xidmətlərin səviyyəsini daha da yüksəldək və xidmətimizi mükəmməlləşdirək.

- Şahin bəy, mərkəzin açılışından indiyə qədər dövrü müqayisə etsək əhali DOST Agentliyinə daha çox hansı sahələr üçün müraciət edib?

Bizə hazırda təxminən 55 min adam müraciət edib. Bu xüsusi ilə yalnız bir mərkəzə müraciətlərin sayıdır. Yalniz bir mərkəzimizə 55 min vətəndaş müraciət edib və tezliklə artıq 2-ci mərkəzimizi açacağıq. Digər mərkəzlər açıldıqca təbii ki, bu müraciətlərin sayı sürətlə, həndəsi artımla artacaq. Bizi sevindirən bir cəhətdə odur ki, müraciət edənlərin rəyi göstərir ki, bu çox yüksək bir göstəricidir. Və biz təbii ki, bununla da qane olmuruq. Biz fikirləşirik ki, bax o bir qədər əvvəl haqqında danışdığım rəy məsələsi, 4,5% insan narazı qalır, nə üçün narazı qalır?. Bu narazılıqların səbəbini araşdıraraq aradan qaldırılmasına çalışırıq və təbii ki son məqsədimiz 100%-lik məmnunluq əldə etməkdir və ümid edirəm ki biz bu məqsədə nail olacağıq.

 

Müəllif: Elmir Murad