Dünya iqtisadiyyatı barədə nikbin proqnoz – Böyüyəcək

11:53 - 9.12.2019


9 dekabr, Fineko/abc.az. Qlobal iqtisadiyyat gələn ilin II yarısından sürətlə böyüyəcək.

ABC.AZ xəbər verir ki, belə bir proqnozu İsveçrənin "UBS Global" investisiya bankının Asiya-Sakit Okean bölməsinin rəhbəri Adrian Zuerçer verib.

Onun fikrincə, buna ABŞ-Çin ticarət müharibəsinin zəifləməsi, mərkəzi bankların yürütdüyü yumşaq pul siyasəti imkan verəcək. "İki ölkə arasında ticarət razılaşması əldə edilsə və ABŞ Çin mallarına gömrük rüsumlarını dekabrın 15-dən ləğv etsə, qlobal iqtisadiyyat yavaş-yavaş bərpa olunmağa başlayacaq", - deyə UBS rəsmisi qeyd edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər