Bakıda bayram yarmarkaları işə başladı – Ünvanların Siyahısı

12:21 - 9.12.2019


9 dekabr, Fineko/abc.az. Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkaları başlayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) ABC.AZ-a daxil olan məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı BŞİH və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dislokasiya təsdiq olunub. Dislokasiyaya görə, bayram yarmarkaları əsasən şəhərdə, metrostansiyaların qarşısında quraşdırılıb.

Hazırda Nəsimi, Nərimanov, Yasamal, Binəqədi, Nizami, Xətai rayonlarında 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb. Bayram yarmarkaları 2020-ci il yanvarın 7-dək davam edəcək. Çadırlarda əsasən Yeni il hədiyyələri və meyvə-tərəvəz məhsulları satılır.

Bayram çadırlarının paytaxtın digər metrostansiyalarının qarşısında da quraşdırılması gözlənilir.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər