330x100
 

Nazirlik tender elan edir

09.12.2019,12:34


9 dekabr, Fineko/abc.az. Gənclər və İdman Nazirliyi T.Bəhramov adına Respublika Stadionu üçün TESKOM 400 Kva markalı UPS sisteminin akkumulyatorlarının və kondensatorlarının satın alınması və UPS sisteminin təmir işlərinin satın alınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 27 dekabr 2019-cu il saat 16.00-a, tender təklifini isə 10 yanvar 2020-ci il saat 13.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az    vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 10 yanvar 2020-ci il saat 16.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs: Xətai Abbasov

Telefon: (994 12) 465 46 87