Milli Məclisə məxsus avtomobillər satışa çıxarılır – Hərrac olacaq

12:36 - 9.12.2019


9 dekabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 07 yanvar 2020-ci il tarixdə keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. ABC.AZ xəbər verir ki, hərrac çıxarılacaq nəqliyyat vasitələri “Daxili Işlər Nazirliyi”, "Milli Məclis" və digər qurumlara məxsusdur.

Siyahıda qeyd edolunub ki, Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. Eyni qayda ilə Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat vasitəsi də təkrar hərraca çıxarılır.  “Azəristiliktəchizat” ASC-nin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Qeyd edək ki, sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər