Azərbaycan vətəndaşları layiqli işlə təmin edilməlidir - İqtisadiyyat nazirinin müavini

14:26 - 9.12.2019


9 dekabr, Fineko/abc.az. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və məşğulluğun təmini genişlənməlidir.Azərbaycan vətəndaşları layiqli işlə təmin edilməlidirlər.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən "Kreativ Azərbaycan" portalının təqdimatında və "Yaradıcı və mədəniyyət sənayeləri: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda panel müzakirələrdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

 O bildirib ki, kreativ sənayenin inkişafı tədricən Azərbaycanın iqtisadiyyatının inkişafında öz yerini tutacaq. Nazir müavininin sözlərinə görə, iqtisadiyyatın bir sıra sahələrində böyük nailiyyətlər əldə olunub və bunu bir sıra ekspertlər də vurğulayır. S.Həsənova Azərbaycandakı iqtisadi artımın hökuməti qane etmədiyini və ölkənin qarşısında iki çağırışın durduğunu qeyd edib: "Bunlardan biri iqtisadi şaxələndirmənin sürətləndirilməsi, digər isə məşğulluğun təmin edilməsidir. Ölkədə kiçik və orta sahibkarlığa (KOS) dəstək mexanizmləri mövcuddur və onların hesabına KOS-un xüsusi çəkisinin tədricən 70 faizə çatdırılması nəzərdə tutulur”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər