330x110
 

Azərbaycan şirkətləri Dubaya gedib – Məhsullarımızı tanıtmaq üçün

09.12.2019,16:22


9 dekabr, Fineko/abc.az.  Azərbaycanın ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər edib.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, səfərin əsas məqsədi “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsullarımızın xarici ölkələrdə daha çox tanıdılmasıdır. İxrac missiyasına qida sənayesi, turizm və tikinti materialları sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti daxildir.

Səfər çərçivəsində Azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Müəllif: Elmir Murad