330x110
 

Azərbaycan daha bir avtomobilin istehsalına başlayır – Gələn ildən

09.12.2019,17:05


9 dekabr, Fineko/abc.az. Bu gün Hacıqabul Sənaye Məhəlləsində “QAZel” tipli avtomobillərin yığım zavoduna baxış keçiriləcək.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında  Baş Nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, təməli ötən ilin fevralında qoyulan zavodun gələn ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir.

Müəllif: Elmir Murad