Maliyyə Bazarlarına Nəzarət Palatası Dövlət İdarəçilik Akademiyasında təlim keçirdi

20.12.2017,16:16


“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) 2017-2018-ci illər üzrə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində cari ilin 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Palatanın mütəxəssisləri tərəfindən "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq"  mövzusunda təlim keçirildi.

Tələbələr tərəfindən böyük maraqla qarşılanan təlimdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimatlarla çıxış edən mütəxəssislər seminarda iştirak edən tələbələrin suallarını cavablandırdılar.

 45 nəfər tələbənin iştirak etdiyi bu tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif edildilər.