330x110
 

Almaniyanın Rheinmetall Electronics GmbH şirkəti Azərbaycanda yeni biznes imkanlarında əməkdaşlığa hazırdır

10.12.2019,11:55


10 dekabr, Fineko/abc.az.  2-4 dekabr 2019-cu il tarixlərində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Almaniyanın “Rheinmetall Electronics GmbH” şirkətinin Azərbaycana işgüzar səfərini təşkil edib.

Palatadan bildirilib ki, səfərin ilk günü alman iş adamları Energetika naziri Pərviz Şahbazov və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin idarə heyətinin sədri Samir Axundovla görüşüblər. Müzakirələrin əsas mövzusunu iki ölkə arasında enerji sektorunun inkişafına dair tərəfdaşlıq imkanları və “Rheinmetall Electronics GmbH” şirkətinin bölgədəki gələcək investisiya planları təşkil edib. İkitərəfli görüş zamanı iştirakçılar alman iqtisadiyyatının maşın və avadanlıqlar sənayesindəki geniş təcrübəsinin enerji sektorunun inkişafına töhfə verə biləcəyini xüsusilə qeyd ediblər.

Üç gün davam edən səfər çərçivəsində şirkət nümayəndələri Müdafiə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin SOCAR və Azərbaycan Dövlət Dəniz Akademiyasını ziyarət ediblər. Bundan əlavə, qonaqlar Bakı Limanının rəhbərliyi ilə görüşüb və mövcud imkanlarla tanış olmaq üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Tədris Mərkəzinə baş çəkiblər.

Görüşlər zamanı “Rheinmetall Electronics GmbH” və Azərbaycan arasında mümkün əməkdaşlığın müxtəlif sahələri barədə fikir mübadiləsi aparılıb.

 

Rheinmetall Electronics GmbH haqqında:

„Rheinmetall Electronics GmbH” silahlı qüvvələrə, dövlət qurumlarına və mülki müştərilərə təlim və təlim həlləri, eləcə də missiya avadanlıqları təqdim edir. Müştəriləri ilə sıx əməkdaşlıq çərçivəsində Rheinmetall Electronics yüksək səviyyəli məhsullar dizayn və istehsal edərək kompleks sistem həllərini təqdim edir. Qırxdan çox ölkədəki müştərilər Rheinmetall Electronics texnologiyasına etibar edirlər. Dünya miqyasında bir çox filiala, eyni zamanda geniş təchizatçı şəbəkəsi ilə böyük əhəmiyyətə malik olan şirkət beynəlxalq müştərilərə xidmət göstərir.

Açar sözlər: AHK Azərbaycan