Aqrolizing tender elan edir

12:33 - 10.12.2019


10 dekabr, Fineko/abc.az. “Aqrolizing” ASC Ucar rayonunda Pambıq Yağı və Lifsiz Toxum İstehsalı Zavodu layihəsi çərçivəsində mexaniki proses avadanlıqlarının və boruların texnoloji proseslərinin layihələndirilməsi xidmətlərinin satınalınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 1000 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 29 dekabr 2019-cu il saat 11.00-a, tender təklifini isə 13 yanvar 2020-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 14 yanvar 2020-ci il saat 11.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs: Sudabə Qocayeva

Telefon: (994 12) 425-62-18

 

 

Bütün xəbərlər