330x110
 

İranla Azərbaycan arasında yük və sərnişin daşınması üçün yeni aviareyslər açılacaq

10.12.2019,14:19


10 dekabr, Fineko/abc.az. İran ilə Azərbaycan arasında yük və sərnişin daşınması üçün yeni aviareyslər açılacaq.

Bu barədə İranın Əlborz vilayətindəki Payam beynəlxalq hava limanının baş direktoru Nadir Sanai deyib.

O bildirib ki, dekabrın 3-də Bakıda səfərdə olarkən Azərbaycanın müvafiq qurumlarının rəhbərləri ilə görüşlər keçirib. Qərara alınıb ki, Payam beynəlxalq hava limanından Bakıya birbaşa uçuşlar təşkil olunsun.

Qeyd edək ki, İran ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etməsi iqtisadi əlaqələrin də inkişafına təkan verib ki, bu da öz növbəsində yük və sərnişinlərin daşınmasının yeni mərhələyə qədəm qoyması tələbatını yaradıb. Hazırda İranın bu hava limanı Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıq edərək yük və sərnişindaşıma həyata keçirir. İranın Əlborz vilayəti isə Tehranın yaxınlığında yerləşir.

© Azertag.az