Nazilrik böyük həcmli hərrac keçirib – 10 milyon manatlıq

17:23 - 10.12.2019


10 dekabr, Fineko/abc.az.  Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə daha bir hərrac keçirilib.

Bakı Fond Birjasından (BFB) ABC.AZ-a daxil olan məlumata görə, bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105023755 ISIN-li, 10 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərracı baş tutub.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 99.4700  AZN (7.7913%) və 101.3071  AZN (6.7900%) olan 18 sifariş təqdim edilib. Nazirliyin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9182 (7.0000%) orta ölçülmüş qiyməti 101.1216 (6.8900%) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 45 milyon 445 min 300 manat,  yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib.

 

Bütün xəbərlər