Azərbaycan 2019-cu ildə rusiyalı turistlərin seçdikləri ən yaxşı ölkələr sırasına daxil olub

11:36 - 11.12.2019


11 dekabr, Fineko/abc.az. TurStat turizm portalı 2019-cu ildə rusiyalı turistlər arasında populyarlığa görə ölkələrin reytinqini təqdim edib.

Məlumatda deyilir ki, Azərbaycan Rusiyadan getmə turizm üzrə 18-ci yerdədir.

Rusiyadan Azərbaycana gəlmə turizm səfərlərinin sayı  2019-cu ilin 9 ayı ərzində 2,5%-dən 577 min nəfər azalıb.

Türkiyə, Finlandiya və Qazaxıstan bu il Rusiyadan getmə turizm üzrə liderlik edirlər.

2019-cu ilin 9 ayı ərzində Rusiya turistləri arasında populyarlığa görə Türkiyə 5 milyon 675 min turizm səfəri, Abxaziya (3 milyon 855 min), Finlandiya (2 milyon 695 min), Qazaxıstan (2 milyon 471 min), Ukrayna (1 milyon 857 min), Çin (1 milyon 712 min), Estoniya (1 milyon 348 min), İtaliya (1 milyon 12 min), Gürcüstan (990 min) və Almaniya (977 min) turizm səfəri ilə ilk onluğa daxildir.

Rusiyadan getmə turizminin reytinqi ilin ilk doqquz ayı üzrə Rusiyadan getmə səfərlərin statistikasının təhlili əsasında tərtib edilmişdir.

 

Bütün xəbərlər