İl ərzində Azərbaycanda 35,3 milyon tondan çox neft hasil edilib

17:33 - 20.12.2017


20 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilin əvvəlindən 6 802,3 min ton neft hasil edib.

Şirkətin məlumatında deyildiyi kimi, yalnız noyabr ayında şirkət tərəfindən 604 min ton neft hasil edilib.

Hesabat dövründə Azərbaycan üzrə neft hasilatının ümumi həcmi 35,326 mln. ton, noyabr ayında isə 3,174 mln. ton təşkil edib.

 

Bütün xəbərlər