Daha bir böyük həcmli hərrac keçirilib – 170 milyonluq

16:37 - 11.12.2019


11 dekabr, Fineko/abc.az. Bu gün daha bir hərrac keçirilib. Bank Fond Birjasından ABC.AZ-a verilən məlumata görə, hərrac Mərkəzi Bankın  170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə baş tutub.

Hərrac zamanı 17 investor tərəfindən qiymət 99.5351 AZN (6.01%) olan 29 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 991 milyon 847 min 300 min manat olub.

Mərkəzi Bankın qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon manat təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 09.01.2020-ci ildir.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər