SOCAR-da BP qrupunun baş icraçı direktoru ilə görüş keçirilib

17:12 - 11.12.2019


11 dekabr, Fineko/abc.az. Bugün SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP qrupunun baş icraçı direktoru Robert Dadlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ABC.AZ xəbər verir ki, görüşdə SOCAR-BP əməkdaşlığının perspektivləri, xüsusən, “Azəri”-“Çıraq”-“Günəşli” yataqlarında hasilatın stabilləşdirilməsi, təbii düşmə tempinin mümkün dərəcədə qarşısının alınması məsələləri müzakirə olunub. Həmçinin yaxın müddətdə “Şəfəq-Asiman” perspektiv strukturunda kəşfiyyat qazmasının başlanılması ilə yanaşı, Azərbaycanda müxtəlif yataqların işlənməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Görüşdə beynəlxalq bazarlarda SOCAR və BP-nin birgə əməliyyatları, Cənub Qaz Dəhlizi çərçivəsində qazın nəqli və satışı perspektivləri, dünya neft-qaz bazarının hazırkı vəziyyəti, müşahidə olunan trendlər də müzakirə edilib.

 

Bütün xəbərlər