Cari il ərzində ARDNŞ 5 537,7 milyon kubmetr həcmində qaz hasil edib

17:38 - 20.12.2017


20 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda  26 086,7 milyon kubmetr qaz hasil edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) verdiyi məlumata əsasən,  yalnız noyabr ayında  2 419,3 milyon kubmetr həcmində qaz hasil edilib.

Məlumatda deyilir: “Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə  cari il ərzində  5 537,7 mln. kubmetr həcmində qaz hasil edilib. Bu həcmin 538,7 mln. kubmetri noyabr ayında hasil edilib”.

 

 

Bütün xəbərlər