“AzFinance” şirkəti idarəetmə üçün cəlb edilmiş aktivlərin həcmini 100 milyon manata çatdırmağı planlaşdırır

17:43 - 20.12.2017


20 dekabr, Fineko/abc.az.  "AzFinance İnvestisiya Şirkəti" QSC aktivlərin idarə edilməsi xidməti üzrə idarəetməyə cəlb edilmiş aktivlərini 47 milyon manata çatdırıb.

Şirkətin məlumatında deyilir ki, “AzFinance” noyabr ayında da müştərisi ilə 2 illik investisiya siyasəti bağlayıb və 2 milyon manat həcmində vəsait cəlb edib.

Məlumatda deyilir: “AzFinance” idarəetmə üçün cəlb edilmiş aktivlərin həcmini 100 milyon manata çatdırmağı planlaşdırır”.

 

Bütün xəbərlər