“Təmiz Şəhər” ASC qanvermə aksiyası keçirib

11:53 - 12.12.2019


12 dekabr, Fineko/abc.az. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinə dəstək məqsədilə təşkil edilən aksiyada Səhmdar Cəmiyyətin 60-dan çox əməkdaşı talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara yardım üçün qan veriblər.

Qeyd edək ki, “Talassemiyasız həyat naminə” layihəsinə qoşulmaqla “Təmiz Şəhər” ASC tərəfindən hər il qanvermə aksiyası təşkil olunur. 

 

Bütün xəbərlər