330x110
 

Dünyaya çıxardığımız neftin həcmi açıqlanıb - 600 milyon tona yaxın

12.12.2019,11:56


12 dekabr, Fineko/abc.az. Dekabrın 1-dək dünya bazarına 555 milyon ton Azərbaycan nefti çıxarılıb.

ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə bu vaxtadək 396 milyon ton Azərbaycan nefti nəql edilib. Akademik bildirib ki, bu il dekabrın 1-dək dünya bazarına 555 milyon ton Azərbaycan neft çıxarılıb. Bunun da 396 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunub.

Müəllif: Elmir Murad