Benzin və dizel yanacağının aksiz vergisi artırılır - Özbəkistanda

14:22 - 12.12.2019


12 dekabr, Fineko/abc.az. Özbəkistanda benzin və dizel yanacağının aksiz vergisi artırılır.

ABC.AZ xəbər verir ki, sözügedən artım gələn il tətbiq olunacaq.

Belə ki, 2020-ci il aprelin 1-dən etibarən Özbəkistanda yekun istehlakçıya satılan benzin, dizel yanacağı, maye qaz və sıxılmış qaza tətbiq olunan aksiz vergisi dərəcəsi artırılacaq. Bu, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev tərəfindən imzalanan "2020-ci ilin dövlət büdcəsi haqqında" Qanundan irəli gəlir. Belə ki, benzin, dizel yanacağı və maye qaza tətbiq olunan aksiz vergisi dərəcəsi 22,9 faiz, sıxılmış qaza isə 14,9 faiz səviyyəsində indeksləşdiriləcək. Bundan əlavə, 2020-ci ildə alkoqol və tütün məhsullarına aksiz vergi dərəcələri iki dəfə artacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər