Emissiya həcmi 15 milyon manat olacaq hərrac keçiriləcək – Bu ay

14:40 - 12.12.2019


12 dekabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək.

Bakı Fond Birjasından ABC.AZ-a daxil olan məlumata görə, dekabrın 17-də baş tutacaq hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Hərracda qiymətli kağızın ISIN kodu AZ0104012742, emissiya həcmi 15 mln. AZN, nominal dəyəri 100 manat, istiqrazların tədavül müddəti 364 gün, ödəmə tarixi 15 dekabr 2020-ci ilə qədər, anderrayter Paşa Kapital İŞ QSC-dir.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

 

Bütün xəbərlər