Qeyri-OPEC ölkələrinin sutkalıq neft istehsalı 70 milyon barreli ötüb

14:43 - 12.12.2019


12 dekabr, Fineko/abc.az. Noyabrda qlobal neft tədarükü oktyabr ayı ilə müqayisədə 410 min barrel artaraq gündəlik 99 milyon 780 min barrel olub.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.

Bildirilir ki, keçən ay qeyri-OPEC ölkələrinin neft istehsalı da 610 min barrel çoxalaraq sutkalıq 70 milyon 220 min barrel təşkil edib.

© Azertag.az

 

Bütün xəbərlər