Azərbaycanda ən çox kredit verən BOKT-lar hansılardır? - SİYAHI

16:29 - 12.12.2019


12 dekabr, Fineko/abc.az. Azərbaycanda ən çox kredit verən bank olmayan kredit təşkilatlarının (BOKT) adları açıqlanıb.

ABC.AZ xəbər verir ki, 2018-ci ildə ən çox kredit verən BOKT-lar “Aqrarkredit”(94 mln 981min),”Parabokt”(58 mln 691 min),”Embafinans”(23 mln 434 min),”TBC kredit”(17 mln 087 min), “Finoko”(14 mln 026 min) və “Molbulak”(13 mln 269 min) manat olub. Ümumilikdə 6 BOKT ötən il 221 milyon 488 min manat kredit verib . Bu məbləğ 2018-ci ildə BOPKT-lar tərəfindən verilən ümumi kreditin 75,44% təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanda 45 bank olmayan kredit təşkilatından (BOKT) 6-sı ayrı-ayrılıqda 10 milyon manatdan çox kredit verib. Həmçinin 2018-ci ildə 45 BOKT-dan yalnız 38-i verdiyi kreditin məbləğini açıqlayıb. 2018-ci ildə ən az Regional kredit verib (14,9 milyon manat).

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər