Neft bahalaşır

10:38 - 13.12.2019


13 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı günü artır və cümə günü ticarəti zamanı da artmaqdadır.

Dekabrın 12-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,48 (0,75%) artaraq bir barelə $64,2 təşkil edib. Onun qiyməti saat 9:25-də $0,4 (0,62%) artaraq bir barelə $64,60 təşkil etmişdir.

NYMEX birjasında dekabrın 12-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,42 (0,71%) artaraq bir barelə $59,18 təşkil etmişdir. Onun qiyməti  saat 9:25-də $0,29 (0,49%) artaraq bir barelə $59,47 təşkil etmişdir.

 

Bütün xəbərlər